Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə keçmiş və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslərdən 163 vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə 25.05.2021-19.10.2021-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilmişdir.
İmtahanların nəticəsinə görə, 144 nəfər namizəd Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış və 137 vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. İxtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış, əvvəllər vəkil və ya hakim olmuş 7 şəxs vəkillik haqqında qanunvericiliyin tələblərinə əsasən, icbari təlimə cəlb olunmadan andiçməyə buraxılırlar.
10.11.2021-ci il tarixdə başlayacaq icbari təlim ZOOM proqramı vasitəsilə distant formada keçiriləcək.
İcbari təlimdə iştirak edəcək namizədlərə təlim barədə əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş əvvəllər vəkil və ya hakim olmuş şəxslərin SİYAHISI