Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün təlim təşkil ediləcək

26 oktyabr 2021    1576 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Beynəlxalq humanitar hüquq çərçivəsində məhkəmə zəmanətləri” mövzusunda təlim təşkil ediləcəkdir.
 
Tədbirin açılışı Kollegiyanın sədri Anar Bağırov və BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Ariane Bauer tərəfindən ediləcəkdir.
 
Yerli və beynəlxalq ekspertlər təlim zamanı BQXK və onun fəaliyyəti, Beynəlxalq humanitar hüquq (BHH) və onun tətbiqi, BHH altında saxlanılan şəxslərin statusu və təsirləri, Silahlı münaqişə ilə əlaqədar saxlanılan şəxslər üçün statusun təyin edilməsi və məhkəmə təminatları mövzuları ətrafında çıxış edəcəklər və müxtəlif kazuslar üzrə qrup işləri olacaqdır.
Seminar ingilis və rus dillərində keçiriləcək və sinxron tərcümə təmin ediləcəkdir.
 
Təlim 02.12.2021-ci il tarixində (saat 09:00-17:30) onlayn yox, ənənəvi qaydada keçiriləcəkdir. Tədbir günü vaksin, immunitet və ya əks göstəriş setifikatı mütləq təqdim olunmalıdır.

Son müraciət tarix: 15.11.2021. 
Yerlərin sayı məhduddur və daha tez müraciət etməyiniz xahiş olunur.

Qeydiyyatı təsdiqlənənlərin e-poçtuna təsdiq və məkanla bağlı məlumat göndəriləcəkdir.

Təlimlə maraqlanan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər: