Hörmətli oxucular!
Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 20-ci sayı işıq üzü görmüşdür. Nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış olacaqlar ki, bura əməkdar hüquqşünas Müzəffər Ağazadənin qanunlara edilən dəyişikliklər nə dərəcədə effektivdir, vəkil Həmid Əhmədovun mirasda məcburi payın tamamlanması, vəkil Vüsalə Muradovanın beynəlxalq praktikada mediasiya prosesinin mərhələləri və keyfiyyətin artırılması üçün təkliflər və s. bu kimi məsələlərə həsr olunmuş yazılar daxildir.
Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər office@barassociation.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir.
Qeyd olunmalıdır ki, Jurnal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və BMT‑nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Jurnal, Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.
Qeyd: Jurnalla buradan tanış ola bilərsiz.