Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri ilə görüş keçirilmişdir

11 noyabr 2021    1405 share share

2021-ci il 11 noyabr tarixində Vəkillər Kollegiyasının rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə Kollegiyanın sədri Anar Bağırov, Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov, Kollegiyanın aparatının əməkdaşları Səyyad Qılıcov və Ayşə Abdel Qadir iştirak etmişdirlər.
 
Görüş zamanı sədr nümayəndələri salamlamış, son dövrlər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun Kollegiya üçün əhəmiyyətindən bəhs etmişdir. Daha sonra, A.Bağırov nümayəndələri son 3 ildəki fəaliyyəti ilə tanış etmişdir. O, həmçinin qeyd etmişdir ki, bu sahədə görülən işlər vəkillik peşəsinə marağın artmasına, xüsusilə  gənc mütəxəssislərinin sayının artmasına səbəb olmuş, vəkillərin sayı isə 2 dəfədən çox artmışdır. Amma bununla yanaşı intizam məsuliyyətinə cəlb edilən vəkillərin sayı isə azalmışdır. . A.Bağırov həmçinin bu sahədə gender balansının təmin edilməsi üçün hazırkı göstəricilərin yaxşılaşdırılması məqsədilə tədbirlər görüldüyünü vurğulamışdır. Bundan əlavə, sədr nümayəndələri məktəblilər arasında hüquqi təfəkkürün formalaşdırılması üçün hazırlanmış vəsaitlər və Təhsil Nazirliyi ilə birgə təşkil edilmiş təlimlər barədə məlumatlandırmış və gələcəkdə analoji hüquqi maarifləndirmə tədbirlərinin BMT-nin ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilməsinin mümkün olduğunu bildirmişdir.
 
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən birgə layihə ideyalarının mübadiləsi baş tutmuşdur. Vladimir Şkolnikov Azərbaycanda BMT insan hüquqları müdafiə mexanizmləri sahəsində ixtisaslaşmış vəkillərin yetişdirilməsinin zərurətindən danışmış və gələcəkdə bu məqsədlə Kollegiya ilə birgə təlim və ixtisaslaşma kurslarının təşkil edilməsini təklif etmişdir.
 
Sonda, sədr BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin Kollegiya ilə əməkdaşlığının uğurlu olduğunu, yerli nümayəndəliyə Kollegiyanın sorğularına müntəzəm və ətraflı geri dönüş etdiyinə görə minnətdarlığını bildirmişdir.