Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şəki və Gəncə şəhərlərində "Mediasiya və perspektivləri" mövzusunda seminarlar keçirilmişdir

29 noyabr 2021    1784 share share

Məhkəmə-hüquq sistemindəki islahatların dəstəklənməsi məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi çərçivəsində sonuncu təlimlər təşkil edilmişdir.
 
25 və 26 noyabr 2021-ci il tarixlərində müvafiq olaraq Şəki və Gəncə şəhərlərində Şəki və Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazilərdə fəaliyyət göstərən vəkillər sahibkarlar, hüquqşünaslar, və mediatorların iştirakı ilə "Mediasiya və perspektivləri" mövzusunda seminarlar keçirilmişdir.
 
25 noyabr 2021-ci il tarixində Şəki şəhərində təşkil edilən seminarı giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə mediasiya institutu, bu sahədə həyata keçirilən islahatlar, Vəkillər Kollegiyasının Mediasiya Şurasının həmtəsisçisi qismində mediatorlara istənilən dəstəyi verməyə hazır olmasını qeyd etmişdir. O, həmçinin qeyd etmişdir ki, son vaxtlar Mediasiya Şurası və Vəkillər Kollegiyası arasında düzgün qurulan kommunikasiyanın nəticəsində mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında çox gözəl münasibətlər yaranmış və həm vəkillər, həm də mediatorlar mediasiya proseslərinin tətbiqində çox mühüm rol oynamışlar.
 
Daha sonra Anar Bağırov Azərbaycan Respublikasında mediasiya institutunun quruculuğuna və inkişafına verdiyi töhfəyə görə seminarın təlimçisi, vəkil Ruslan Mirzəyevi fəxri fərmanla təltif etmişdir.
 
Qeyd etmək istərdik ki, 2 günlük təşkil edilən tədbirdə ekspert qismində beynəlxalq ekspertlər Leonardo D’urso, Konstantin-Adi Qavrila, vəkil Sadiq Bağırov, Ruslan Mirzəyev və digər mediator təlimçilər iştirak etmişdirlər.
 
Seminarlarda mediasiyanın tərəflər və sahibkarlar, vəkillər üçün faydaları, mediasiya prosessində barışıq sazişi və barışığa mane olan hallar, mediasiyadan səmərəli istifadə - mediasiyaya hazırlıq, mediasiya zamanı danışıqlar mediasiyanın perspektivləri mövzuları üzrə müzakirələr aparılmış, mediatorların və vəkillərin qarşılıqlı əlaqəsi üçün şərait yaradılmışdır.
 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.