Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

01 dekabr 2021    1529 share share

01.12.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Sonra iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
 
Daha sonra 7 yeni vəkil bürolarının təsis edilməsi ilə bağlı məsələyə baxılmış və büroların təsisi ilə bağlı müsbət rəy verilmişdir.
 
İclas çərçivəsində həmçinin vəkil kabinetlərinin yaradılması barədə müvafiq büroların təqdimatlarına baxılmış və və müsbət qərar verilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.