Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputat Nurlan Həsənov: "Son zamanlar vəkillik hüquqşünaslar üçün daha cəlbedici fəaliyyət növünə çevrilib"

07 dekabr 2021    1614 share share

"Hüquq təhsili aldığım üçün ətrafımda hüquqşünaslar, məhkəmə işçiləri, prokurorluq əməkdaşları olan dostlarımız var. Müşahidəmə əsasən deyə bilərəm ki, vəkillik fəaliyyəti son zamanlar hüquqşünaslar üçün daha cəlbedici fəaliyyət növünə çevrilib".

Bunu e-huquq.az-ın "Hüquq bələdçisi" verilişində qonaq olan millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov deyib.

Deputat bildirib ki, son dövrlər vəkillik institutu öz nüfuzunu artırıb: "Əvvəl ölkəmizdə vəkil qıtlığı var idi. Amma son zamanlar vəkillərin sayı artıb. Bu da vətəndaşların hüquqi xidmətlərə olan əlçatanlığını artırmış olur. Bu, çox müsbət haldır. Hər bir vətəndaşın hüquqi yardıma ehtiyacı ola bilər və bu təmin olunmalıdır. Hüquqi yardıma ehtiyacı olan vətəndaşların pulsuz vəkillə təmin olunması ilə bağlı da işlərin genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son dövrlər Vəkillər Kollegiyasının inkişafı hər kəsin diqqətini cəlb edir".