İnsan Hüquqları Günü münasibətilə 10 dekabr 2021-ci il tarixində Respublika üzrə fəaliyyət göstərən vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə aksiya keçirmişdir.
Bir çox vəkil qurumunun dəstək veridyi ümumrespublika aksiyası ərzindən müraciət edən aztəminatlı şəxslərə şifahi, yazılı hüquq məsləhətlər verilmiş, həmçinin bir sıra şəxslər üçün məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuş, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülmüşdür.
Bundan başqa, bir sıra vəkil qurumları tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə onlayn formada hüququ yardım xidmətləri də göstərilmişdir.
Aksiya ərzində çəkilmiş foto-şəkillər təqdim olunur: