Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Bakı şəhəri 10 saylı Vəkil Bürosunun yeni ofisinin açılışı olub

13 dekabr 2021    1651 share share

13.12.2021-ci il tarixində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun yeni ofisinin açılışı keçirilmişdir.
 
A.Bağırovu ofis ilə tanış edən büronun müdiri Əmirulla Əlizadə görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otağının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
 
A.Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirmiş, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir.
 
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.