Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Özbəkistan Vəkillər Palatasının təşkilatçılığı ilə “Vəkillər şiddətə qarşı!” mövzusunda onlayn dəyirmi masa keçirilib

16 dekabr 2021    1274 share share

2021-ci il 15 dekabr tarixində Özbəkistan Respublikasının Vəkillər Palatasının və Baş Prokurorluğunun, “Regional dialoq” beynəlxalq qeyri-hökumət təşkilatının və Daşkənd şəhəri Qadınların Reabilitasiya və Adaptasiya Mərkəzinin təşkilatçılığı ilə “Vəkillər şiddətə qarşı!” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Özbəkistan Vəkillər Palatasının sədri Alim Ernazarov, Rusiya Federasiyası Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko və digər rəsmi şəxslər iştirak etmişdirlər.
 

Konfransda “Məişət zorakılığı qurbanlarının müdafiəsi: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud qanunvericilik, onun tətbiqi barədə konfrans iştirakçılarına məlumat vermişdir. Sədr bu sahədə Kollegiyanın həyata keçirdiyi tədbirlər, o cümlədən vəkilliyə namizədlərin icbari təlimlərinin proqramına məişət zorakılığı mövzusunun daxil edilməsi, bu sahədə ixtisaslaşmış vəkillərin hazırlanması və digər dövlət qurumları ilə bu sahədə əməkdaşlıq çərçivəsində görülmüş layihələrlə bağlı məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
 

Anar Bağırov həmçinin, Vəkillər Kollegiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında imzalanmış 3 tərəfli məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu çərçivəsində zərərçəkmiş şəxslərə ödənişsiz hüquqi yardımın göstərildiyini, o cümlədən ödənişsiz hüquqi yardımla bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Kollegiya tərəfindən müvafiq qurumlara təkliflərin göndərildiyini xüsusilə vurğulamışdır.