17 dekabr 2021-ci il tarixində fəaliyyətə başlayan “Dünya vəkil cübbələri” adlı möhtəşəm sərgi barədə İranın nüfuzlu Vokalapress.ir saytında məqalə dərc olunmuşdur.
Həmin məqaləni sizlərə təqdim edirik.
Bakı şəhərində Dünya vəkil cübbələri sərgisi keçirilib.
Vokalapress xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı şəhərində “Dünya Vəkil Cübbələri və Atributları” adlı sərgi açılıb.
Vokalapressin verdiyi xəbərə istinadən, Bakı şəhərində keçirilən “Dünya Vəkil Cübbələri və Atributları” sərgisində dünyanın müxtəlif yerlərindən toplanmış vəkil və hakim cübbələri, ordenlər, medallar və vəkillə bağlı çap olunan ştamplar sərgilənib. Sərgi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun həmçinin Xətai Rayon Məhkəməsinin sədri cənab Rəşid Rzayevin təşkilatçılığı ilə keçirilib.
Verilən xəbərlərə istinadən, sərginin açılışı 18 dekabr 2021-ci il tarixində Muzey Mərkəzində baş tutub. Həmçinin, gələcəkdə vəkil və hakim cübbəsi və atributlarından ibarət daimi sərgi açılacaq.
Sərgidə qoyulan cübbələr və atributlar müxtəlif ölkələrin vəkillər kollegiyaları, Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlikləri və nümayəndəlikləri və xaricdə yaşayan Azərbaycanlıların köməyi ilə toplanıb.
Məsələn İran vəkillərinin cübbəsini Şərqi Azərbaycan vilayətinin vəkillər kollegiyasının keçmiş sədri cənab Hüseyn Şərəbyanı Azərbaycan Vəkillər Kollegiyasına hədiyyə edib.
Vəkillik cübbəsinin tarixçəsi
Vəkillik cübbəsinin uzun bir tarixçəsi var. Tarixşünasların gəldiyi qənaətə görə, birinci dəfə vəkillik cübbəsi Roma imperiyasında istifadə olunub. Romada, Varlı təbəqənin diqqətini çəkmək üçün, vəkillər qara geyim geyinirdi.
1726-ci ildə vəkillərin cübbə geyinməsinə dair Almaniyada bir qanun qəbul olundu. Həmin qanunun tələblərinə görə vəkillər uzunluğu dizə qədər olan qara cübbə geyinməli idilər.
Fransa və İngiltərə kimi Avropa ölkələrində 1574 – 1715 fasiləsində vəkillər hüququnu müdafiə etdikləri şəxsin mənafelərini qorumaq üçün and içməkdən əlavə qara cübbə geyinməli və başlarına ağ rəngdə parik qoymalı idilər.
1928-ci ildə İran vəkillərinin cübbəsi üçün torpaq rəngi seçildi
“İttilaat” qəzetinin arxivinə istinadən, “Ədliyyənin Təşkili” qanunun 103-cü maddəsinə istinadən, vəkillər “ərəb” yaxası olan və həmin dövrdə vəzifəli şəxslər üçün geyinməsi məcburi olan palto geyinməli, kəmər taxmalı, eyni rəngdə şalvar geyinməli və başlarına “Pəhləvi” deyilən papaq qoymalı idilər. Geyim və papaq torpaq rəngində olmalı idi.
Həmin qanuna istinadən Tehran şəhərində 23 oktyabr və başqa şəhərlərdə isə 22 dekabr 1928-ci ildən etibarən heç bir vəkil rəsmi forma geyinmədən məhkəmə iclaslarında iştirak edə bilməzdi.
Azərbaycan Respublikasında vəkil cübbəsi
Azərbaycan Respublikasında sabiq Prezident mərhum Heydər Əliyevin ədliyyə təşkilatlarında apardığı islahatlardan sonra, birinci Azərbaycan Respublikasının “Vəkillər və vəkillərin fəaliyyəti haqqında” qanun 28 dekabr 1999-cu ildə təsdiq olundu. Həmin qanunun 6-cı maddəsinə istinadən vəkillər xüsusi forma ilə məhkəmə iclaslarında iştirak etməli oldular. Formanın dizaynı vəkillər kollegiyasına həvalə olundu. Vəkillər kollegiyası isə 08 aprel 2006-cı ildə “Cübbə” adlanan formanı vəkillər üçün təsdiq etdi.
Cübbə vicdan və obyektivlik əlaməti olan qara rəngli satin parçadan hazırlanıb. Cübbənin yaxası və qolları ümid simvolu olan yaşıl rəngdə olmalı və üzərində qızılı haşiyə tikilməli idi. Cübbənin yaxasında Azərbaycanın milli simvolu olan “buta” və sülh əlaməti olan zeytun yarpaqları naxışı olmalı idi.
Türkiyədə vəkil cübbəsi
Vəkil Peyman Zəmanınn dediyinə görə, Türkiyədə vəkillər məhkəmələrə yalnız vəkil cübbəsi ilə daxil ola bilərlər və vəkil cübbəsi geyinməyən vəkil iclas zalına yol verilmir və bu hərəkət inzibati xəta sayılır.
Türkiyənin vəkil cübbəsində işlənən rənglər və zolaqlar hər birinin özünə məxsus rəmzi mənası avar. Məsələn, cübbənin yaxasına tikilən qırmızı rəngli zolaq cinayət işlərində müdafiə etməyə icazəli olmaq və yaşıl rəngli zolaq isə mülki işdə iştirak etməyə icazəli olmaq deməkdir. Cübbənin düyməsinin olmaması vəkilin işinin xalqa xidmət etmək xarakteri daşıdığı və bibinin olmaması isə vəkillin müstəqil bir peşə olmasını təmsil edir. Cübbənin qara rəngi isə vəkilin iqtidarlı olması və cübbənin arxasına tikilən sarı zolaq isə onun ədalətə xidmət etdiyinin rəmzidir.
Qeyd edək ki, dünyada birinci vəkil cübbəsi və atributları sərgisi Fransada açılmışdır.
Məqalə ilə buradan tanış ola bilərsiz.