"Vəkil günü" peşə bayramı və əhalinin hüquqi yardımla təminatında fəal iştirakına görə Sumqayıt Regional Vəkil Bürosunun bir qrup vəkili təltif edilmişdir.
27 dekabr 2021-ci il tarixində Sumqayıt Regional Vəkil Bürosunda təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Laiqə Hidayətova, büronun vəkilləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Laiqə Hidayətova vəkilləri peşə bayramı günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə Sumqayıt Regional Vəkil Bürosunun bir qrup vəkili Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 27 dekabr 2021-ci il tarixli 881 nömrəli sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşlar.