Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 14 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusif Allahverdiyev və partnyorları“ Vəkil Bürosunun vəkilləri tərəfindən gənclər üçün hüquqi problemlərin həlli yolu haqqında görüş həyata keçirilib.
150-ə yaxın gəncin iştirak etdiyi görüşdə gənclərin sualları cavablandırılıb.
Bu görüşdə Büronun vəkilləri tərəfindən hər növ hüquqi məsələlərə dair məsləhətlər, izahatlar verilmişdir. Həmçinin konfransda iştirak edən gənclərə məhkəmələrə iddia ərizələrinin hazırlanmasına, Apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsinə köməklikdə göstərilmişdir.