14 fevral 2022-ci il tarixində Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılmışdır. Baxılmış müraciətlərlə bağlı şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş “Pro Bono” vəkil bürosunun vəkilləri Araz Həsənov, Bəylər Məmişov və Elcan Həsənli vətəndaşların ərizə və şikayətlərini nəzarətə götürmüş və icraata qəbul etmişdir.