Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Milli Məclis sədrinin I müavini və digər deputatın təşəbbüsü ilə Yevlaxda növbəti pulsuz hüquqi yardım aksiyası

09 mart 2022    1504 share share

Məlum olduğu kimi, ötən 4 il ərzində Vəkillər Kollegiyası təşəbbüsü ilə respublika üzrə mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunmaqdadır və çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, o cümlədən Milli Məclisin deputatları da diqqət göstərərək, onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər tərəfindən daha geniş çərçivədə həyata keçirilməkdədir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, 12 mart tarixində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin, o cümlədən Milli Məclisin deputatı İlham Məmmədovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Yevlax və Mingəçevirdəki Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Bununla əlaqədar Yevlax seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər üçün aksiyanın məkan və zamanı aşağıda qeyd edilmişdir:

Tarix: 12 mart 2022-ci il, saat 11:00;
Məkan: Yevlax şəhər Heydər Əliyev Mərkəzi (ünvan: Yevlax şəhər Nizami pr. 61).

Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).