Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Novruz bayramı ərəfəsində "Ahıllar evi"ndə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

17 mart 2022    1764 share share

Məlum olduğu kimi, ötən illərdə Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı və regionlarda aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyaları mütəmadi keçirilir, milli bayramlar və xüsusi günlər zamanı bu aksiyalar xüsusi olaraq qeyd edilir, əhalinin həssas qrupu, o cümlədən ahıllar daim diqqət mərkəzində saxlanılır.
 
Novruz bayramı ərəfəsində də Vəkillər Kollegiyasının təşəbbüsü ilə “Mərkəz” Vəkil Bürosunun vəkilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsini - "Ahıllar evi"ni ziyarət etmiş və ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.
 
Aksiya çərçivəsində vəkillər ahıllarla səmimi söhbət etmiş, onların səhhəti, qayğıları və problemləri ilə yaxından tanış olmuşdurlar.
 
Eyni zamanda, aksiya zamanı 30 nəfər ahıl şəxsə ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, 4 yazılı ərizə tərtib olunmuşdur. Müraciətlərin böyük hissəsi inzibati xəta, cinayət, pensiya, səhiyyə, ailə və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.
 
Daha sonra, tədbirin ikinci hissəsində novruz münasibətilə bayram proqramı təşkil olunmuş, iştirakçılar tərəfindən maraq və sevinc hissi ilə qarşılanmışdır.
 
Görüşdən məmnun qalan ahıl şəxslər vaxtilə çalışdıqları illərlə bağlı öz xatirələrini bölüşmüş, o cümlədən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.