Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Dövlət İdarəçilik Akademiyası ilə birgə “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda təlim keçirilib.

29 mart 2022    1805 share share

Məlum olduğu kimi, 18 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında imzalanmış Anlaşma Memorandumunun məqsədləri sırasına hüquq fakültəsi tələbələrinin layihələrinə birgə dəstəyin verilməsi, onların təcrübə proqramlarına cəlb edilməsi, hüquq təcrübəsinin artırılması ilə bağlı layihələr, konfranslar, simpozium, “moot court”lar da daxil olmaqla müxtəlif tədbirlərin təşkilinin həyata keçirilməsi və s. daxildir.

Kollegiya ilə DİA-nın sözügedən birgə əməkdaşlığı çərçivəsində, 29 mart 2022-ci il tarixində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda təlim keçirilib. 

Ankara Universitetinin Beynəlxalq Hüquq kafedrasının doktorantı Təbriz Raufoğlu tərəfindən keçirilən təlim interaktiv şəkildə təşkil olunmuşdur. Təlim ərzində beynəlxalq hüquqda internetin yeri, Internetin meydana gətirdiyi yurisdiksiya problemləri, dövlətin suverinliyi və kiberməkan mövzusunda nəzəri və  praktiki məlumatlar verilmişdir.