Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

01 aprel 2022    1751 share share

01.04.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin uzun müddətdən sonra ənənəvi formatda növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.
 
Daha sonra, Vəkillər Kollegiyasının nəzdində Azərbaycan Qadın Vəkillər Alyansının yaradılması ilə bağlı təşəbbüs qrupunun müraciətinə baxılmış və Kollegiya nəznində Azərbaycan Qadın Vəkillər Alyansının yaradılması qərara alınmışdır.
 
Eyni zamanda, iclasda ELSA Azərbaycan, "Voice of law" layihəsi çərçivəsində “ADA” Universiteti tələbələrinin və DİA Hüquq Klubunun maddi yardımla bağlı müraciətlərinə baxılmış və maddi dəstək göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunmuşdur.
 
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmış, müsbət qərarlar verilmişdir.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.