Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil köməkçiləri üçün növbəti təlim “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda keçirilib.

07 aprel 2022    1422 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 07 aprel 2022-ci il tarixində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda vəkil köməkçiləri üçün təlim keçirilmişdir.

Ankara Universitetinin Beynəlxalq Hüquq kafedrasının doktorantı Təbriz Raufoğlu tərəfindən keçirilən təlimdə beynəlxalq ümumi hüquq aspektindən kiberməkan anlayışına aydınlıq gətirilmişdir. Təlimçi, həmçinin, müharibə dövründə baş verən kiberməkan məhdudlaşdırmalarından və son zamanların aktual olan məhkəmə işlərindən də bəhs etmişdir. 

Sonda təlimçi Türkiyə Cümhuriyyətində vəkil köməkçisi institutu haqqında ətraflı məlumat verərək təlim iştirakçılarının suallarını cavablandırmışdır.