Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin gediş-gəlişinin ödənişsiz təmin edilməsi məqsədi ilə taksi xidməti göstəriləcəkdir.

15 aprel 2022    1304 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “189 Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əldə edilmiş razılığına əsasən, şəhid ailələrinə, müharibə qazilərinə, hərəkəti məhdud olan aztəminatlı şəxslərə göstərilən ödənişsiz hüquqi yardımın və gecə vaxtı dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi ilə əlaqədar olaraq vəkillərin gediş-gəlişini ödənişsiz təmin edilməsi məqsədi ilə taksi xidməti göstəriləcəkdir.

Bununla əlaqədar, 16 aprel tarixindən etibarən vəkillər əlaqələndirici şəxs Kamran Qafarova istənilən saatda müraciət edə bilərlər.

Əlaqə vasitəsi: 055 364 81 00.

Aksiyanın müddəti 1 aydır.