Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 19 və 22 aprel 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti təlimlər keçirilmişdir.
19 aprel 2022-ci il tarixində “Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə maraqların toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” mövzusu üzrə keçirilmiş təlimdə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin prokuroru, Yüksəliş Müsabiqəsinin qalibi Orxan Qazizadə, 22 aprel 2022-ci il tarixində “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmi” mövzusu üzrə keçirilmiş təlimdə isə Vəkillər Kollegiyasının üzvü, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətinin istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov təlimçi qismində iştirak etmişdir.
İxtisasartırma kursunda təlimçilər tərəfindən maraqların toqquşması (milli qanunvercilikdə), maraqlar toqquşmasının qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar, istehlakçı, korrupsiyayanın və maraqlar toqquşmasının qarşısının alınması istehlakçı hüquqlarının pozulması və onların müdafiə mexanizmləri, mövcud qanunvericilikdə qüsur araşdırılması mexanizmi və zəmanət öhdəliyi kontekstində müzakilər aparılmışdır.
Qeyd etmək istərdik ki, təlimlərdə ümumilikdə 55 vəkil iştirak etmişdir.