Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq 25 aprel 2022-ci il tarixində Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev və Səbinə Xasayevanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Yasamal rayonunda ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilmişdir.
Aksiya çərçivəsində Bakı şəhəri 26 saylı Vəkil Bürosunun 3 vəkili və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun 5 vəkili tərəfindən tərəfindən cəmi 13 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmişdir.
Müraciət edən vətəndaşların problemləri əsasən inzibati, əmək, cinayət hüququ sahələrinə aid olmuşdur. Həmin vətəndaşların hər biri fərdi qaydada dinlənilərək onlara müvafiq hüquqi məsləhətlər verilmişdir.