Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası ilə "Dental Revolution" stomatoloji klinikası arasında əməkdaşlıq memorandumu imzalanıb

29 aprel 2022    1687 share share

Aprelin 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə "Dental Revolution" stomatoloji klinikası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Vəkillər Kollegiyasının inzibati binasında imzalanan Memoranduma əsasən, klinikada Vəkillər Kollegiyasının aparat əməkdaşları, Vəkillər Kollegiyasının üzvləri-vəkillər, o cümlədən onların ailə üzvləri üçün müasir stomotologiyanın bütün sahələri üzrə 30-40 % aralığında endirimlərin edilməsi nəzərdə tutulub. Bundan əlavə, bütün müayinələr də pulsuz həyata keçiriləcəkdir.

Memorandumu Vəkillər Kollegiyasının sədri Anar Bağırov və "Dental Revolution" stomatoloji klinikasının direktoru Şəmsi Abdullayev imzalayıb.

Müayinəyə yazılmaq istəyənlər aşağıdakı nömrələr vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Telefon: (+994 55) 213-30-04

WhatsApp: (+994 70) 213-30-04

Qeyd edək ki, peşəkar kollektivin çalışdığı "Dental Revolution" bütün növ müasir stomatoloji avadanlıqlarla təchiz olunub. Klinika stomatologiyanın bütün sahələri üzrə yüksək səviyyəli xidmət göstərir.

"Dental Revolution" stomatoloji klinikasının təqdimat videosunu Sizlərə təqdim edirik: