Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Rəyasət Heyətinin üzvü İsveçdə işgüzar səfərdə olmuşdur

04 may 2022    1295 share share

Cari ilin aprel ayının 23-27 tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Mübahisələrin Alternativ Həlli və İxtisaslaşdırılmış Məhkəmələrə Əlavə Dəstək" layihəsi çərçivəsində İsveçin Stokholm səhərinə 5 günlük işgüzar səfər baş tutmuşdur.
 
Səfərdə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, İqtisadiyyat Nazirliyinin nümayəndələri və Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Elçin Usub iştirak etmişdir. Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti İsveç Ali Məhkəməsində, SVEA Stokholm Apellyasiya məhkəməsində, Stokholm Ticarət Palatasının Arbitraj institutunda və beynəlxalq artibraj sahəsində ixtisaslaşan tanınmış vəkillərlə görüşlər keçirmişdir.
 
Səfər çərçivəsində baş tutan görüşlərin gedişində arbitrajın mübahisələrini alternativ həlli kimi xüsusiyyətləri, arbitraj qurumlarının dövlət məhkəmələri ilə münasibət və əməkdaşlığı müzakirə edilmişdir. Qeyd etmək istərdik ki, işgüzar səfər gedişində əldə edilən təcrübə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanının 11-ci bəndindən irəli gələn məsələlərin icrası baxımından Azərbaycanda səmərəli arbitraj prosedurlarının təşviqi üçün vacib rol oynayacaqdır.