Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım tədbirlərinin davamı olaraq, 10 may 2022-ci il tarixində Milli Məclisin deputatı 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Biləsuvarda vətəndaşlarla görüş və aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində Biləsuvar rayon Vəkil Bürosunun 4 vəkili tərəfindən 36 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur. Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.