Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin məlumatı

19 may 2022    1824 share share

Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin

M Ə L U M A T I
 
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı məlumat yayılmışdır.
 
Bununla bağlı Vəkillər Kollegiyası qeyd etmək istəyir ki, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.
 
Həmçinin Vəkillər Kollegiyası qeyd etmək istəyir ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.
 
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik.