Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, 26 may 2022-ci il tarixində Milli Məclisin deputatları Əliabbas Salahzadənin və Fazil Mustafanın təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Sabunçu rayonunda və Milli Məclisin deputatları Azay Quliyev, Kamaləddin Qafarov və Səbinə Xasayevanın təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Binəqədi rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
Aksiya zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 40 vətəndaşa, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 20 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi sosial təminat, ailə-məişət məsələləri, əmlakların özəlləşdirilməsi və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.