Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 17 sosial aksiya təşkil edilmişdir

02 iyun 2022    1604 share share

Vəkillər Kollegiyasının iştirakçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Bakı və rayonlarda ümumilikdə 17 sosial aksiya təşkil edilmiş və həmin aksiyalarda vəkillər iştirak etmişdir.
 
Vəkillər Kollegiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri Binəqədi rayonunda Bakı şəhəri 11 saylı Vəkil Bürosu, Qəbələ rayonunda Qəbələ Rayon Vəkil Bürosu, Hacıqabul rayonunda Salyan rayon Vəkil Bürosu, Saatlı rayonunda Saatlı rayon Vəkil Bürosu, Sabirabad sayonunda Şirvan Regional Vəkil bürosu, Goranboy rayonunda Goranboy rayon Vəkil Büroları tərəfindən həmin rayonlarında yerləşən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, həmçinin Vəkillər Kollegiyası tərəfindən Gəncə şəhərində Gəncə Şəhəri 1 saylı Vəkil Bürosu, Şəki şəhərində Şəki Regional Vəkil Bürosu, Lənkəran rayonunda Lənkəran Rayon Vəkil Bürosu, Mingəçevir şəhərində Mingəçevir şəhər Vəkil Bürosu, Quba rayonunda Quba rayon Vəkil Bürosu tərəfindən həmin rayon və şəhərlərdə yerləşən uşaq evləri və internat məktəblərində sosial aksiyalar təşkil edilmişdir.
  
Tədbir iştirakçıları əlamətdar bayram münasibətilə uşaqlara təbriklərini çatdırmış, uşaqlara müxtəlif sovqatlar və hədiyyələr təqdim etmiş, uşaqlarla maraqlı gün keçirilərək, onların istək və arzularını öyrənib, suallarını cavablandırmışdır. Bayram şənlikləri uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.