Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Nizami rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

08 iyun 2022    1303 share share

Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, 08 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Könül Nurullayeva və Sədaqət Vəliyevanın təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə "Kredo" Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Aksiya zamanı “Kredo” Vəkil Bürosunun vəkilləri tərəfindən 25 (bunlardan 7 nəfər 2-ci Qarabağ müharibəsinin qazi və şəhid ailələrinin üzvləri olmuşdur) vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi qazilərin bank kreditlərində ödəmənin çətinliyi ilə bağlı yardım edilməsi, torpaq sahəsinin və fərdi yaşayış evlərinin mülkiyyətə dair sənəd alınmasına kömək göstərilməsi, pensiya və müavinatların alınmasında hüquqi yardımın göstərilməsi ilə bağlı olmuşdur.