Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ali Məhkəmə Vəkillər Kollegiyasını təbrik etdi

11 iyun 2022    1356 share share

Azərbaycan Respublikası Ali Məhkəməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasını CCBE-yə üzv qəbul olunması münasibətilə təbrik etmişdir. Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasına təbrik məktubu ünvanlayıb.
 
Məktubda qeyd olunur:
 
"Hörmətli Anar müəllim, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (“CCBE”) qəbul olunması münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətini və bütün vəkilləri səmimi qəlbdən təbrik edir, vətəndaşların hüquqlarının səmərəli müdafiəsi və vəkillik təsisatının gücləndirilməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayıram.”