Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“15 İyun - Milli Qurtuluş günü” münasibətilə növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

15 iyun 2022    540 share share

“15 İyun - Milli Qurtuluş günü” münasibəti ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Milli Məclisin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 14 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayevanın təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ağstafa rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.

Aksiya zamanı Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən 22 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.

Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi ünvanlı sosial yardımın əldə edilməsi, əlilliyin müəyyən edilməsi, pensiya, işə təyin edilməklə ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.