Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şahmar Məmmədov Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinə üzv seçildi

23 iyun 2022    2027 share share

23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təqdimatı əsasında Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinə üzv seçilmişdir.
 
Avropa Vəkillər Assosiasiyası Avropa, Asiya və digər kontinentlərdən vəkillər kollegiyalarını, vəkil bürolarını və vəkilləri özündə birləşdirən təşkilatdır. 1986-cı ildən fəaliyyət göstərən təşkilatın əsas fəaliyyət sahəsi vəkillik peşəsində Avropa konseptinin formalaşdırılması və təbliğ edilməsidir.
 
Avropa Vəkillər Assosiasiyasının yeni formalaşmış Deontologiya Komitəsi vəkillərin peşə sirri, ifadə azadlığı və digər etik davranış qaydaları sahəsində fəaliyyət göstərir.
 
Şahmar Məmmədova Komitədəki fəaliyyətində uğurlar arzu edirik!