Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Emin Hacıyev və Müşfiq Məmmədlinin təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Sumqayıt şəhər 1 saylı, Sumqayıt Regional və "Şimal" Vəkil Bürolarınn vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Aksiya zamanı Sumqayıt şəhər 1 saylı, Sumqayıt Regional və "Şimal" Vəkil Bürolarının 15 vəkili tərəfindən 60 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi aliment, əmlak, əlilliyin müəyyən edilməsi, sosial müavinətin və pensiyanın alınması məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.