Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir

17 may 2018    3419 share share

Mayın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilmişdir.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.

İclasda həmçinin, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulmuşdur.