Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Xəzər rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

30 iyun 2022    450 share share

Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 30 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədovun təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Xəzər rayonunda Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Aksiya zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 26 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi aliment, əlilliyin müəyyən edilməsi, sosial müavinətin və pensiyanın alınması məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.