Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilməsi və ukraynalı həmkarlarına yardım göstərilməsi barədə qərar verilib

02 iyul 2022    697 share share

Məlum olduğu kimi, 01.07.2022-ci il tarixində “Badamdar Estates” mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin (RH) geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
İlk olaraq qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə, ötən ay Vəkillər Kollegiyasının qurumları və vəkilləri tərəfindən həmrəylik nümayiş olunaraq, 50 000 manatdan çox vəsait “Qarabağ Dirçəliş Fondu”na köçülmüşdür.
 
Bununla bərabər, 01.07.2022-ci il tarixində də keçirilən RH iclasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının da “Qarabağ Dirçəliş Fondu”na əlavə 50 000 manat məbləğin ianə etməsi ilə bağlı qərar verilmişdir.
 
Həmçinin, Ukraynadakı vəkil həmkarlarımızın, onların ailələrinin ağır durumları və yardıma ehtiyacları nəzərə alınqaraq, ayrı-ayrı vaxtlarda Azərbaycan vəkilləri öz ukraynalı həmkarlarına dəstək məqsədilə ianələr ediblər. Bundan başqa, 01.07.2022-ci il tarixində keçirilən RH iclasında da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ukrayna Milli Vəkillər Kollegiyasına ianə etməsi ilə bağlı məsələyə baxılaraq müsbət qərar verilmişdir.