Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının nəzdində daha 3 Komitə təsis edildi

03 iyul 2022    1850 share share

Xəbər verdiyimiz kimi, 01.07.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin (RH) geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
Sonra iclas gündəlikdəki digər məsələlərə baxılmış və müzakirənin nəticəsinə uyğun olaraq müvafiq qərarlar verilmişdir.
 
Belə ki, məlum olduğu kimi, öncəki RH iclaslarında “Azərbaycan Qadın Vəkillər Alyansının”nın və Vəkillər Kollegiyasının “Biznes hüququ” Komitəsinin yaradılması ilə bağlı qərarlar verilmiş və bu keçirilən iclasda isə həm Komitənin, həm də Alyansın əsasnamələri təsdiq edilmişdir. O cümlədən, Alyansın İdarə Heyətinin sədrinin təyin edilməsi ilə bağlı məsələyə baxılaraq, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil Dilarə Əfrasiyabovanın sədr təyin olunması barədə qərar qəbul olunmuşdur.
 
Bununla yanaşı, vəkillər tərəfindən irəli sürülən təşəbbüslərin və müəyyən hüquq sahələrində görülən işlərin daha peşəkar şəkildə həyata keçilməsi zərurəti nəzərə alınaraq, Vəkillər Kollegiyasının nəzdində “Əmək hüququ”, “Elektron vəkillik”, “Kibercinayətkarlıq və kibertəhlükəsizlik” komitələrinin təsis edilməsi ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilmişdir.
 
Həmçinin, iclasda, yeni vəkil bürosunun təsisi, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, vəkillərə müxtəlif formada dəstəyin göstərilməsi və sairə məsələlərə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.