Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna giriş” mövzusunda silsilə təlimlər keçirilmişdir

21 may 2018    2878 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə Respublikanın bir sıra regionlarında “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna giriş” mövzusunda silsilə təlimlər keçirilmişdir.

Təlimlər 1-18 may 2018-ci il tarixlər baş tutmuş təlimlər Respublikanın Gəncə, Şəki, Xaçmaz və Lənkəran şəhərlərində keçirilmişdir.

Tədbirə təlimçi qismində Vəkillər Kollegiyasının üzvləri Feyzulla Mehdiyev və Cabbar Həsənovun cəlb olunmuşlar.

Təlimçilər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə bağlı bir çox aktual mövzularda - qəbuledilənlik, məhkəmə qərarlarının icrası, Avropa İnsan Hüquqları Konvensiyasının maddələri üzrə təqdimatlar həyata keçirilmiş, təlim iştirakçıları ilə birlikdə müzakirələr aparılmış, tapşırıqlar üzərində işlənilmiş, eləcə də müvafiq maddələr üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlar öyrənilmişdir.

Analoji təlimlərin növbəti dövrdə digər bölgələrdə fəaliyyət göstərən vəkillər üçün də keçirilməsi gözlənilir.