Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü beynəlxalq tədbirdə Kollegiyanı təmsil edib.

15 iyul 2022    1342 share share

2022-ci il 7 iyul tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Belarus Vəkillər  Kollegiyasının 100 illiyinə həsr olunmuş Vəkillərin I Qurultayı baş tutmuşdur. Qurultayda Belarus vəkilliyinin 2030-cu ilədək inkişaf konsepsiyası təsdiq edilmişdir.
 
Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını Rəyasət Heyətinin üzvü Turqay Hüseynov təmsil etmişdir. O, tədbirdə çıxış edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının son 4 ildə fəaliyyəti, o cümlədən həyata keçirilmiş islahatlar haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Daha sonra, Belarus Respublikası Vəkillər Kollegiyasının 100 illik münasibətilə T.Hüseynov Kollegiya adından hədiyyələr təqdim etmişdir.
 
Tədbirdə vəkillərin insan hüquq və azadlıqlarının qorunmasında rolu, müasir vəkillərə olan tələblər, müstəqil vəkillik institutu haqqında müzakirələr aparılmışdır. Bir sıra MDB ölkələrindən vəkillərin də təmsil olunduğu tədbirdə vəkillər qeyd edilən mövzularda öz təcrübələrini paylaşmışlar.