Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinin yeni data mərkəzinə köçürülməsi ilə əlaqədar məlumat

04 avqust 2022    1468 share share

Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinin yeni data mərkəzinə köçürülməsi ilə əlaqədar
 
 
Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçiriləcəkdir.
 
Həmin işlərin birinci mərhələsi çərçivəsində 5 avqust (iş saatlarından sonra) və qeyri iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar gözlənilir.
 
Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcəkdir.
 
Nəzərə alınması xahiş olunur.