24 avqust 2022-ci il tarixdə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində "Universal” və Cəlilabad rayon Vəkil Bürolarının vəkilləri tərəfindən Cəlilabad rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım akiyası keçirilmişdir.
Aksiya zamanı Bakı şəhəri "Universal” Vəkil Bürosunun və Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri tərəfindən ümumilikdə 61 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmişdir. Müraciətlərin əsas hissəsi ailə məişət məsələləri, inzibati sahədə işlər barədə, pensiya məsələləri, cinayət və mülki işlər üzrə hüquqi yardımın göstərilməsindən ibarət olmuşdur.