Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ADA Universitetində yeni Hüquq fakültəsinin açılış mərasimi baş tutub

15 sentyabr 2022    2081 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ADA Universitetində Hüquq fakültəsinin yaradılması münasibətilə başda Universitetin rektoru professor Hafiz Paşayev, icraçı prorektoru Fariz İsmayılzadə və Hüquq Fakültəsinin qurucu dekanı Rəşad İbadov-Nadirbəyli olmaqla bütün kollektivi və tələbələri təbrik edir, məsuliyyətli fəaliyyətlərində nailiyyətlər diləyir.
 
Qeyd edək ki, hüquq sahəsində elm və təcrübə arasında ciddi bağların yaranmasına xüsusi əhəmiyyət verən ADA Universiteti ilə Kollegiya arasındakı sıx əməkdaşlığa uyğun olaraq, vəkil qurumlarında tələbələr üçün formallıqdan tam uzaq olan, yeni model təcrübə proqramı layihəsinə start verilmiş və 20 ADA tələbəsi 1.5 ay müddətində müxtəlif vəkil qurumlarında təcrübə keçmişlər.
 
Eyni zamanda, Kollegiyanın təşəbbüsü ilə ölkədə ilk dəfə 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi 1 aylıq Yay Məktəbinə də ADA-dan 31 tələbə qatılaraq, aktiv iştirak etmiş, nəzəri və təcrübi biliklərə yiyələnmişlər. O cümlədən, təcrübəli vəkillər də ADA-nın Hüquq Fakültəsində müəllim-professor heyətində təmsil olunmaqla hüquq təhsili və elmində, tələbələrin peşəkar inkişafında mühüm rol oynayırlar.
 
Bundan sonra da Vəkillər Kollegiyası Hüquq fakültəsinin gələcək fəaliyyətinə tam dəstək vermək istiqamətində yeni əməkdaşlığa hər zaman hazırdır.