Bu gün Monqolustanın Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, əməkdar hüquqşünası Purevbaatar Daşpurev və Monqolustanın Azərbaycandakı fəxri konsulunun müşaviri Faiq Ağayev Vəkillər Kollegiyasını ziyarət etmişlər.
Qonaqları qəbul edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Asiyadakı mövcud beynəlxalq əməkdaşlıq münasibətlərindən və fəaliyyətindən bəhs etmiş, regionun ən nüfuzlu təşkilatı olan LAWASIA-ya üzvlüyümüzü qeyd etmiş, o cümlədən Monqolustan vəkilləri ilə qarşılıqlı əlaqələrin qurulması üçün atılmalı addımlardan danışmışdır.
P.Daşpurev hər iki Vəkillər Kollegiyaları arasında gələcək əməkdaşlıq perspektivlərindən, Monqolustan vətəndaşlarının Azərbaycan Respublikası ərazisində hüquqlarının müdafiəsində Kollegiyanın rolundan və əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs etmişdir.
Sonda, qonaqlarla xatirə şəkilləri çəkilmiş və nümayəndə heyətinə xatirə hədiyyələr təqdim edilmişdir.