Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvü UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilib

20 oktyabr 2022    1191 share share

Vəkillər Kollegiyasının üzvü UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilib.
 
UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.
 
Azərbaycanın UNESCO üzrə Milli Komissiyasından verilən məlumata əsasən, seçkilərdə vəkil Ruhiyyə İsayeva İcraiyyə Şurasının üzvlərinin səsinin mütləq əksəriyyətini toplayaraq, qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib.
 
Beləliklə, azərbaycanlı ilk dəfə UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilir.
 
Qeyd edək ki, UNESCO-nun Apellyasiya Şurası qurumun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün Baş direktor tərəfindən yaradılmış inzibati orqandır.
 
Bu uğur münasibətilə Vəkillər Kollegiyası adından Ruhiyyə İsayevanı təbrik edir və qarşıdakı fəaliyyətlərində uğurlar diləyirik!