Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Qadın Vəkillər Alyansı Gəncədə regional tədbir keçirmişdir

26 oktyabr 2022    1506 share share

22.10.2022-ci il tarixində Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı Gəncə şəhərində  regional görüş keçirmişdir. Tədbirdə Qadın Vəkillər Alyansının sədri, təsisçiləri, Gəncə, Şəmkir, Mingəçevir və digər rayonlarda vəkillik fəaliyyəti ilə məşğul olan qadın vəkillər,  “Təmas Regional İnkişaf" İctimai Birliyinin rəhbəri, eyni zamanda Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova və digər şəxslər iştirak etmişlər.
 
Tədbiri giriş sözü ilə açan Alyansın sədri vəkil Dilarə Əfrasiyabova Qadın Vəkillər Alyansının fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, Alyansın əsas məqsədini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
 
Daha sonra tədbirə onlayn qaydada qoşulan Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlamış və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O, qadın vəkillərin cəmiyyətdə rolu, həssas qrupların hüquqi yardıma çatımlılığı, vəkillikdə gender balansının təmin edilməsinin vacibliyini vurğulamışdır. A.Bağırov həmçinin Vəkillər Kollegiyasının Alyansın hər çür təşəbbüsünü dəstəklədiyini və dəstəkləyəcəyini qeyd etmişdir.
 
Tədbirdə regionlarda fəaliyyət göstərən qadın vəkillərin problemləri dinlənilmiş, mövzü ətrafında müzakirələr aparılmışdır. İclasda iştirak edən qadın vəkillər Alyansa üzv qəbul edilmişlər.
 
Səfər çərçivəsində Alyansın fəaliyyət istiqamətini genişləndirmək məqsədilə Gəncə şəhərində bir sıra görüşlər keçirilmişdir. O cümlədən, Alyansın üzvləri “Təmas” Regional İnkişaf  İctimai Birliyinin direktoru Südabə Məmmədova tərəfindən İB-yin ofisinə dəvət olunmuşlar. Görüşdə təşkilatın rəhbərləri  Südabə Məmmədova və Kübra Ələkbərova tərəfindən  İB-in   fəaliyyəti haqqında geniş məlumat verilərək, regionda yaşayan qadınların problemləri qonaqlarla müzakirə edilmiş və onların   həlli istiqamətində Qadın Vəkillər Alyansı ilə birgə əməkdaşlığa başlamağa qərar verilmişdir. Vəkil xanımlar Təmas RİİB nin nəzdində fəaliyyət göstərən “Həsas vəziyyətdə olan zorakılıq qurbanları üçün reablitasiya və reintiqrasiya mərkəzinin sığınacağı”na baş çəkib sakinllərin problemlərini dinlədilər.
 
Görüşün davamı olaraq, Alyans iştirakçıları 1 saylı Gəncə Mediasiya Təşkilatında da olmuşlar. Görüş iştirakçıları təşkilatın ofisi ilə tanış olmuşlar, orada mediasiya haqqında geniş müzakirələr aparmışlar.