Xəbər verildiyi kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2 may 2018-ci il tarixli qərarı ilə vəkil vəsiqələrinin yeni forması təsdiq edilmişdir.
Qeyd etmək istəyirik ki, hazırda fəaliyyət göstərən Vəkillər Kollegiyasının bütün üzvlərinin vəsiqələrinin yeni formada hazırlanmış vəkil vəsiqələri ilə əvəz edilməsi üçün bütün vəkillərdən Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasına gələrək, köhnə vəsiqələrini təqdim etmələri və yeni vəsiqələrini təhvil almaları xahiş olunur.