Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ukrayna Milli Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasını təbrik etdi

07 dekabr 2022    828 share share

Ukrayna Milli Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasını təbrik etmişdir. Bu barədə Ukrayna Milli Vəkillər Kollegiyasının sədri Lidiya İzovitova AR Vəkillər Kollegiyasına təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd olunur:

"Hörmətli Anar və Azərbaycan Respublikasının vəkilləri!
 
Sizə Ukrayna Milli Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi bildirirəm.
 
Biz Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə çoxillik əməkdaşlığımız və dostluğumuzla fəxr edirik. Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzün başlanmasından etibarən azərbaycanlı həmkarlarımızın əvəzsiz dəstəyi bizim üçün xüsusilə əzizdir. Ukraynalı vəkillərə kömək əlini uzadan ilk şəxslərdən biri məhz Siz idiniz. Çox qısa bir müddət ərzində fandreyzinq təşkil edərək, Ukrayna Milli Vəkillər Kollegiyası  Xeyriyyə Fonduna ianə etdiniz və çoxsaylı dəstək məktublarınız hələ də Ukraynanın bütün hüquq cəmiyyətinin qəlbini isidir.
 
İkinci dəfə də azərbaycanlı vəkillər beş il müddətinə məsul sədr vəzifəsini məhz Sizə həvalə ediblər. Bu, Sizin zəhmətinizin böyük dəstəyini və tanınmasını göstərir. Bunun nəticələri həqiqətən təsiredicidir - 2022-ci ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE)  müşahidəçi-üzv statusu almışdır.
 
Əminik ki, sizin geniş təcrübəniz, yüksək peşəkarlığınız və sarsılmaz dürüstlüyünüz Azərbaycan vəkilliyinin daha da möhkəmlənməsinə və beynəlxalq arenada nüfuzunun daha da artmasına xidmət edəcəkdir".

Müraciətlə burdan tanış ola bilərsiz.