Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Baş Prokurorluqda “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilmişdir

08 dekabr 2022    991 share share

10 dekabr “Ümumdünya İnsan Hüquqları Günü” ilə əlaqədar Baş Prokurorluğun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, həmçinin hüquq-mühafizə orqanlarının, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, Birləmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilmişdir.
 
Konfransda giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev milli dövlətçiliyimizin əsasını qoymuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlarla insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş kompleks mexanizm və tədbirlərin formalaşdırıldığını bildirməklə insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığını, çoxsaylı normativ-hüquqi aktların, Dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırmışdır.
 
Qeyd edilmişdir ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla aparılmış məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyi artırmaqla hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə zəmin yaratmışdır.
 
Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov “İnsan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin fəaliyyətində vəkillərin yeri və rolu” mövzusunda çıxış etmişdir. A.Bağırov qeyd etmişdir ki, insan hüquq və azadlıqlarını, onların müdafiəsini isə vəkillik institutu olmadan təsəvvür etmək olmaz.
 
İnsan hüquqlarının müdafiəsi sahəsində vəkillərin tədrisi işinin təşkili və bu sahədə şəxslərin maarifləndirilməsinin mahiyyətini vurğulaya Kollegiya sədri bildirmişdir etmişdir ki, “hazırda 50-dən çox təlimçi vəkil təlimlərə cəlb olunur və əvvəlki illərdən fərqli olaraq onlara təlimlərdə iştirak üçün qonorar ödənilir. Ötən dövrdə “Davamlı tədris üzrə” elektron platforma vəkillərin istifadəsinə təqdim olunmuşdur. Beləliklə, regionlardakı vəkillərin paytaxta gəlmədən onlayn qaydada həm yerli qanunvericilik, həm də kurslarda iştirakı təmin edilmiş və sonda onlar üçün onlayn qiymətləndirmə keçirilməsi təmin olunmuşdur”.
 
İnsan hüquq və azadlıqlarının müdafiəsində məcburi köçkün və qaçqınlara qarşı beynəlxalq təşkilatların ikili standartlar tətbiq etdiyini vurğulayan Anar Bağırov həmçinin qeyd etmişdir ki, “bəzi dövlətlərdə azərbaycanlılara öz dillərində təhsil almağa icazə verilmir. Bu da həmin şəxslərin hüquqlarını kobud şəkildə pozulduğunu göstərir”.
 
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix “İnsan hüquqlarının müdafiəsi üçün Avropa Şurası alətləri”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso “Qaçqınlar, məcburi köçkünlər və insan hüquqları”, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc “vətən müharibəsindəki qələbə kontekstində insan haqlarına yeni baxış”, Ədliyyə Nazirinin müavini Azər Cəfərov “Müstəqil məhkəmə insan hüquqlarının əsas təminat vasitəsidir”, Baş Prokurorun müavini Heydər Məmmədov “Prokuror nəzarəti insan hüquqlarının əsas təminatlarından biri kimi”, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti”, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxsin icraçı direktoru Samir Mahmudov “İnsan hüquqlarının müdafiəsi sahəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu”, Azərbaycan Respub-likası Prezidentinin Administrasiyası, Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun baş məsləhətçisi Samir Nəcəfov “Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının təsbiti və təminatları”, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev “İnsan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin rolu”, Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev “Azadlıq hüququnun təmin edilməsi cinayət prosesinin ayrılmaz tərkib hissəsi kimi”, Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu” mövzularında çıxışlar edilərək, ətraflı müzakirələr aparılmışdır.