Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində görüş keçirilib

09 dekabr 2022    956 share share

Dekabr ayının 8-i "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının Qadın Vəkillərin Alyansının, "Azercell Telecom" MMC-nin, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin, hüquq mühafizə orqanlarının, digər hökümət və qeyri-hökümət təşkilatlarının rəsmi nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Kollegiya adından Qadın Vəkillərin Alyansının sədri Dilarə Əfrasiyabova və digər qadın vəkillər iştirak ediblər. Tədbirdə cari ilin avqust ayından yaradılan “Qadın dəstək xətti"nin ilkin fəaliyyəti nəticələri də görüş zamanı təhlil olunub, tədbir iştitakçılarına “Qadın dəstək xətti”nin iş fəaliyyəti ilə bağlı məlumat verilib.

Belə ki, xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Dəstək Xəttinə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 aralığındadır.

Qeyd edək ki, “Qadın Dəstək Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara günün istənilən saatında xidmət göstərir. Dəstək Xəttinə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

Görüş zamanı qaynar xəttə edilən zənglə bağlı xidmət əməkdaşlarının dialoqu canlı olaraq tədbir iştirakçıları tərəfindən dinlənilib. Daha sonra məişət zorakılığı ilə bağlı qadın vəkillərimizin hüquq mühafizə orqanlarının və digər hökümət və qeyri hökümət təşkilatları birgə əməkdaşlığı məsələləri müzakirə olunub. Sonda xatirə şəkili çəkilib.