Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

10 dekabr Ümumdünya İnsan Hüquqları günü ilə əlaqədar məhkumlarla marifləndirmə görüşü və onlara ödənişsiz hüquqi yardım aksiyası

10 dekabr 2022    994 share share

Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “10 Dekabr Ümumdünya İnsan Hüquqları günü” münasibətilə 10 dekabr 2022-ci il  tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla marifləndirmə görüşü və onlara ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.

Tədbirdə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva, Ədliyyə Nazirliyinin məsul şəxsləri Vüqar Ağayev, Nizami Əliyev, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin məsul şəxsi Ələkbər Mirzəyev və 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov, Ombudsman Aparatının nümayəndələri Raidə Əmirbəyova, Əflatun Baxşıyev iştirak etmişlər.

Tədbirin rəsmi hissəsindən sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün  ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir. 

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkilləri  tərəfindən 24 nəfər məhkuma ödənişsiz hüquqi yardım göstərilmişdir.

Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi  amnistiya, əfvetmə, cəzadan şərti olaraq vaxtın əvvəl azad etmə, cəzanın növünün dəyişdirilməsi, cəzaçəkmə müəsissəsinin növünün dəyişdirilməsi, sosial təminatla bağlı olmuşdur.